Bakı polisi xüsusi əməliyyat keçirdi


Kriminal 23 Sen 2019 12:40:00 225 0

Bakı polisi xüsusi əməliyyat keçirdi

Bakı polisi paytaxtda narkotiklərlə mübarizə tədbirlərini davam etdirir.

Son.az xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, idarənin Narkotiklə Mübarizə İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvəllər məhkum olunan - 1966-ci il təvəllüdlü V.Qəmbərovdan 1 kq. 30 qr. heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir