DSX-nin sərhəd zastavasına silahlı hücum olub - Baş leytenant bıçaqlandı (FOTO)


Digərləri 23 Sen 2019 12:39:00 194 0

DSX-nin sərhəd zastavasına silahlı hücum olub - Baş leytenant bıçaqlandı (FOTO)

Dövlət sərhədinin etibarlı mühafizəsi, narkotik vasitələrin və psixotrop mad­dələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mü­ha­fizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bakı. Samir Əli - Dövlət sərhədinin etibarlı mühafizəsi, narkotik vasitələrin və psixotrop mad­dələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mü­ha­fizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Dövlət Sərhəd Xidmətindən Trend-ə verilən məlumata görə, sentyabrın 20-də saat 21:05 radələrində Dövlət Sərhəd Xidmə­tinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazi­sin­də Cəlilabad-Yardımlı avtomobil yolunda Buravar kəndinin ya­xın­lığındakı sərhəd zastavasının xidməti sahəsində içərisində 2 nəfərin olduğu avtomo­bilin əraziyə yaxınlaşması, avtomobildən bir nəfərin düşərək özünü şübhəli apar­­ması və ətrafı müşahidə etməsi sərhəd naryadının diqqətini cəlb edib. Şübhəli şəxs gizlin yerdən bağ­la­ma götü­rərək hadisə yerin­dən uzaq­laş­mağa cəhd edərkən sərhədçilər tərə­findən ona “dayan” əmri verilib, lakin o, əmrə tabe olmayaraq ərazidən uzaqlaşmağa çalış­ıb. Sərhəd naryadı tərəfindən yaxalanması zamanı şübhəli şəxs müqavimət gös­tərib, baş leytenant Al­lahverdi İsmayılova bı­çaq ilə xəsarət yetirib. Buna baxmayaraq sər­hədçi zabit şücaət nü­mayiş etdirmiş və cinayətkarı tərkisilah edərək saxlayıb. Hadisə zamanı xəsarət almış sərhədçiyə təxirəsalınmaz tibbi yar­­­dım göstərilib, vəziyyəti qənaətbəxşdir.