Bakıda karxana yandı,


Digərləri 23 Sen 2019 12:38:01 332 0

Bakıda karxana yandı,

Bakıda daş karxanasında yanğın olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonu Korgöz qəsəbəsində yerləşən "Korgöz" daş karxanasında baş verib.

Yanğın gecə saatlarında Şıxəliyev Eldar İmaməli oğluna məxsus daş karxanasının istirahət otağında başlayıb.

Hadisə nəticəsində otaqda olan karxananın operatoru vəzifəsində işləyən Nəzərov Xaləddin Ağa oğlu yanaraq ölüb.