Həyat yoldaşını və qızını illərlə döyən, sümüklərini sındıran siyasətçi həbs olunmalıdır


Digərləri 23 Sen 2019 12:26:00 262 0

Həyat yoldaşını və qızını illərlə döyən, sümüklərini sındıran siyasətçi həbs olunmalıdır

Həyat yoldaşını və öz qızını illərlə döyən, sümüklərini sındıran siyasətçi həbs olunmalıdır.

Son.az Trend-ə istinadən xəbər verir ki, Almaniyada yaşayan "Milli" ləqəbli Emin Abdullayev AXCP-nin keçmiş sədr müavini Fuad Qəhrəmanlı barədə sosial şəbəkədə belə yazıb.

O bildirib: "Bunu bilib və belə siyasətçini müavin kimi saxlayan "demokrat" siyasətçi istefa verməlidir, əgər aparılan mübarizə demokratiya və azadlıq dəyərləri uğrundadırsa.

Yalnız Fuad bəyin istefası ilə kifayyətlənənləri isə anlaya bilmirəm. Nə uğrunda mübarizə aparırsız?

Siz AXCP üzvlərinin, Əli Kərimlinin, onun müavinlərinin bu hadisəyə reaksiyalarını oxuyursuz?

Onlar Fuad Qəhrəmanlını bu gündə müdafiə edirlər, döyülənləri təhqir edirlər, haqq sözünü deyənləri təhqir edirlər və hədələyirlər.