MTRŞ iri kabel şəbəkə operatorlarının rəhbərlərini topladı - Milli maraqlar baxımından narahatlıqlar var


Digərləri 23 Sen 2019 12:22:24 193 0

MTRŞ iri kabel şəbəkə operatorlarının rəhbərlərini topladı - Milli maraqlar baxımından narahatlıqlar var

MTRŞ iri kabel şəbəkə operatorlarının rəhbərlərini topladı - milli maraqlar baxımından narahatlıqlar var

Bakı. Elçin Mehdiyev – Milli Televiziya və Radio Şurasında (MTRŞ )Azərbaycanın iri kabel şəbəkə operatorlarının rəhbərləri ilə görüş keçirilib. Trend-in məlumatına görə, görüşdə Azərbaycanın kabel şəbəkə yayımındakı mövcud durum və bu sahədə olan problemlər, onlardan çıxış yolları qarşılıqlı diskussiya şəraitində müzakirə olunub. MTRŞ sədri Nuşirəvan Məhərrəmov kabel şəbəkələrində bəzi xarici kanalların retranslyasiyası zamanı milli maraqlar baxımından yaranan narahatlıqlar, şəbəkə operatorlarının xidmətində olan bəzi çatışmamazlıqlar, retranslyasiya olunan kanalların sayının çox olması, onların yayımının müəlliflik hüquqları, operatorların təqdim etdikləri əlavə audiovizual xidmətlərin qeydiyyatı sahəsində olan problemlər barədə məlumat verib.