Bakı polisi xüsusi əməliyyat keçirdi - Narkobarondan 1 kq-dan artıq heroin götürüldü


Digərləri 23 Sen 2019 12:18:00 259 0

Bakı polisi xüsusi əməliyyat keçirdi - Narkobarondan 1 kq-dan artıq heroin götürüldü

Bakı polisi paytaxtda narkotiklərlə mübarizə tədbirlərini davam etdirir.

Bakı. Samir Əli - Bakı polisi paytaxtda narkotiklərlə mübarizə tədbirlərini davam etdirir. Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, idarənin Narkotiklə Mübarizə İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvəllər məhkum olunan - 1966-ci il təvəllüdlü V.Qəmbərovdan 1 kq. 30 qr. heroin aşkar olunaraq götürülüb. Faktla bağlı araşdırmalar davam etdirilir