Hesab.az şirkətlərlə əməkdaşlığı genişləndirməkdədir


Digərləri 23 Sen 2019 12:03:00 238 0

Hesab.az şirkətlərlə əməkdaşlığı genişləndirməkdədir

"Goldenpay" şirkəti mövcud olduğu bazarda güclü rəqiblər ilə daim rəqabət şəraitinə davam gətirmək üçün öz funksiyalarını və strukturunu təkmilləşdirir.

Bakı. "Goldenpay" şirkəti mövcud olduğu bazarda güclü rəqiblər ilə daim rəqabət şəraitinə davam gətirmək üçün öz funksiyalarını və strukturunu təkmilləşdirir. Dünyada baş verən texnoloji yenilikləri Hesab.az portalında tətbiq etməklə xitab etdiyi istifadəçi kütləsinin sayını ildən-ilə daha da artırmış olur. Nəinki texnoloji yeniliklər, eyni zamanda da həyata keçirdiyi qazanclı kampaniyalar ilə onlayn ödəniş portalları arasında seçilən mövqeyə sahib olmuşdur. Hesab.az-da ödəniş etmək həm sürətli, həm də rahat olmaqla yanaşı təhlükəsizdir və eyni zamanda da bonuslar qazanmaq imkanı verir. Daha sonra bonuslarınızı dərhal dəyiş bölməsində müxtəlif kampaniya, hədiyyələrə dəyişə yaxud ildə bir neçə dəfə keçirilən hərracda iştirak edərək hədiyyə qazanmaq şansı əldə edə bilərsiniz. Məlumat üçün qeyd etmək istərdik ki, hərrac artıq uzun müddətdir ildə bir neçə dəfə həyata keçirilir. Əsasən dəyərli, elektronik hədiyyə qazanmaq imkanı verən hərracda olduqca qızğın mübarizə gedir. Hesab.az portalında avqust ayında həyata keçirdiyi son hərracada dəyərli elektronik məhsullardan mobil telefonlar, DVD, smart saatlar, yaddaş kartları kimi yüzlərlə dəyərli hədiyyələr öz qaliblərini tapdı. Müxtəlif sahələr tərəfindən axtarılan tərəfdaş olmağı bacaran Hesab.az portalı mövcud istifadəçilərinə ən sərfəli təklifləri təqdim edir. Bununla da, Hesab.az istifadəçisi olmağın daha bir üstünlüyünü onlara sübut etmiş olur. Hesab.az-ın Paşa Bank ilə birgə əməkdaşlığına əsasən Hesab.az-da PAŞA Bank-ın Miles&Smiles kartı ilə ödəniş edərək istifadəçilər millər qazanır və dünyanın daha çox yerlərini kəşf etmək imkanına sahib olurlar. Hesab.az portalında PAŞA Bank-ın Miles&Smiles kartı ilə kommunal və digər ödənişləri (dövlət ödənişi, sığorta alışı və bank ödənişlərinə şamil edilmir) həyata keçirərək, ödənilən hər 5 AZN üçün 1 mil qazana bilirlər. Dünyagöz Bakı Hesab.az istifadəçilərinə xüsusi kampaniyaya başlayıb. Belə ki, Dünyagöz Bakı Hesab.az istifadəçiləri xarici və yerli peşəkar həkimlər tərəfindən müayinə keçdikdən sonra, digər prosedurlara 15% dəyərində endirim əldə edirlər. Xalq Bank ilə birgə həyata keçirilən layihəyə əsasən Hesab.az istifadəçiləri ödənişləri müqabilində qazandıqları bonusları Xalq Bank-ın MasterCard Gold plastik kartına dəyişə bilmişlər. Qeydiyyatdan keçmiş istifadəçilər “Dərhal dəyiş” bölməsinə daxil olaraq 25.000 bonus xalını ilkin mədaxilsiz, pulsuz MC Gold plastik kartına dəyişiblər. Eyni zamanda cari ilin avqust ayının 1-dən Xalq Bank-ın plastik kart sahibləri Hesab.az-da ödəniş edərkən ikiqat bonus qazanırlar. Bunun üçün hesab.az saytında qeydiyyatdan keçərək və ya hesab.az mobil tətbiqini yükləyərək kommunal, mobil və stasionar rabitə, kabel televiziyası, internet provayderlərin və s. ödənişləri bu səhifə vasitəsilə həyata keçirmək kifayətdir. Hər ödəniş zamanı qazanılan bonus xalı avtomatik olaraq 2 qat artacaq. Bu təklif bank, sığorta, bilet alışı və qeydiyyatsız ödənişlərə şamil olunmur. Kampaniya sentyabr ayının 30-a kimi keçərlidir.