Mərdəkan qalasının bərpa layihəsi hazırdır (ÖZƏL)


Digərləri 23 Sen 2019 11:44:46 238 0

Mərdəkan qalasının bərpa layihəsi hazırdır (ÖZƏL)

Yaxın vaxtlarda Mərdəkan qalasında bərpa işlərinə start veriləcək.

Bakı. Ceyhun Ələkbərov - Yaxın vaxtlarda Mərdəkan qalasında bərpa işlərinə start veriləcək. Bunu Trend-ə açıqlamasında Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov deyib. Onun sözlərinə görə, bərpa işləri Dövlət Xidmətinin nəzarəti altında Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) tərəfindən həyata keçiriləcək: "Bu, Azərbaycanda tarixi abidələrin TİKA tərəfindən bərpa olunması baxımından ilk layihə olacaq. Böyük Mərdəkan qəsrinin bərpa layihəsi yekunlaşıb, yaxın günlərdə bərpa işlərinə başlanılacaq".