Azərbaycanda alüminium külçə qəliblərinin istehsalına başlanılıb (FOTO)


Digərləri 23 Sen 2019 11:16:15 213 0

Azərbaycanda alüminium külçə qəliblərinin istehsalına başlanılıb (FOTO)

İstehsal olunan qəliblər artıq konveyerlərə quraşdırılıb və istismara hazırdır.

Bakı. “Azəralüminium” MMC Azərbaycanda alüminium sənayesinin idxaldan asılılığını aradan qaldırmaq yönümündə tədbirlər çərçivəsində əlverişli kooperasiya əlaqələri yaradaraq, ölkəmizə idxal olunan alüminium külçə qəliblərinin istehsalına başlayıb. Bu məhsulun metaloqrafik strukturu və mexaniki xassələri müasir standartların tələblərinə cavab verir. MMC-dən Trend-ə verilən məlumata görə, istehsal olunan qəliblər artıq konveyerlərə quraşdırılıb və istismara hazırdır. “Azəralüminium” MMC mövcud potensialdan istifadə edərək, xaricdən alınan texniki avadanlıq hissələrinin ölkə daxilində istehsalının təşkili istiqamətində işləri davam etdirəcək.