Vüsalə Əlizadə: “Belə şeylər məndə alınmır”


Şou-biznes 23 Sen 2019 11:09:00 308 0

Vüsalə Əlizadə: “Belə şeylər məndə alınmır”

Tanınmış aparıcı Vüsalə Əlizadə batil inanclara inanmadığını deyib.

Son.az publika.az-a istinadən xəbər verir ki, məşhur televiziya ulduzu əlamət və işarələrə deyil, konkret əməl və sözlərə etibar etməyi üstün tutub:

"Guya hər şey düzdür, bircə bu tərsdir? Mən belə şeyləri heç sınamıram, qabağıma hansı qonşu çıxdı, yolumdan pişik keçdi, tək, yoxsa cüt səbir gətirdim, paltarı tərs geyindim, ovcum qaşındı, çayımda pul, yoxsa borc var... Nə bilim belə şeylər məndə alınmır, bu dəfə sınayacam deyirəm, amma unuduram, çünki tək güvən yerim var Allahım. Odur ki, bir o qədər də belə şeyləri özünüzə dərd etməyin, onsuzda həyatımızda problemlər bitmir, həyatın dadını çıxarın, "relakseyşın". Əzizlərinizi, ailənizi sevin, çünki sabah gec ola bilər".