Müəllimlər üçün dil təkmilləşdirmə təlimləri keçiriləcək


Digərləri 23 Sen 2019 10:54:00 252 0

Müəllimlər üçün dil təkmilləşdirmə təlimləri keçiriləcək

“Uğur üçün Tədris” (SPEX) layihəsi çərçivəsində Dil təkmilləşdirmə təlimləri keçiriləcək.

Bakı. “Uğur üçün Tədris” (SPEX) layihəsi çərçivəsində Dil təkmilləşdirmə təlimləri keçiriləcək. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, dil təkmilləşdirmə təlimlərinin keçirilməsində əsas məqsəd müəllimlərin İngilis dilində danışıq səriştəsinin artırılması, dil və tədris bacarıqlarının təkmiləşdirilməsi, onların əldə etdikləri nəzəri biliklərin dərslərdə tətbiqinin daha da inkişaf etdirilməsindən ibarətdir. “British Council”un peşəkar təlimçiləri tərəfindən aparılan təlimlər Beynəlxalq Aptis İmtahanının nəticələrinə əsasən, Səbail, Suraxanı və Xətai rayonları üzrə müəyyən edilmiş təlim mərkəzlərində təşkil olunacaq. Həftədə 2 dəfə keçirilməsi nəzərdə tutulan təlimlərdə 370 İngilis dili müəllimi iştirak edəcək.