Bu ərazilərdə qaz olmayacaq FOTO


Digərləri 23 Sen 2019 10:37:00 219 0

Bu ərazilərdə qaz olmayacaq  FOTO

Sentyabrın 23-də səhər saat 09:00-dan 18:00-dək "Gəncə-Qazax-Gürcüstan" Dövlət sərhədi avtomobil yolunun 4 zolaqlı genişləndirilməsi ilə bağlı tikinti sahəsinə düşən qaz kommunikasiya xətlərinin təhlükəsiz əraziyə köçürülməsi işləri icra olunacaq.

"Azəriqaz" İstehsalat Birliyindən Son.az-a verilən məlumata görə, bu müddətdə Tovuz rayonu, Aşıralılar, Aran Yanıxlı kəndləri və Qovlar şəhərində qaz təchizatında fasilə olacaq.

Bundan başqa, "Qaz İxrac" İdarəsi sentyabrın 23-də səhər saatlarından bir sıra təmir işləri planlaşdırır. Bununla bağlı olaraq saat 09:00-dan etibarən işlər başa çatanadək Lökbatan qəsəbəsində bir qrup abonentin, saat 10:00-dan etibarən işlər başa çatanadək isə "Yevlax-Naxçıvan" magistral qaz kəmərinin 9-cu km-də aşkar olunmuş qaz sızmalarının ləğvi ilə bağlı Tərtər rayonunun mərkəzi, bir qəsəbə və bir neçə kənddə qaz fasilələrlə veriləcək.