BANM-in startapı ABŞ-ın məşhur biznes inkubasiya proqramına qəbul olunub


Digərləri 23 Sen 2019 10:22:10 194 0

BANM-in startapı ABŞ-ın məşhur biznes inkubasiya proqramına qəbul olunub

Bakı Ali Neft Məktəbinin (BANM) dosenti və tələbələrinin yaratdığı "ThermoNorth" startapı ABŞ-ın “GIST” (“Global Innovation through Science and Technology”) biznes inkubasiya proqramına qəbul olunub.

Bakı. Bakı Ali Neft Məktəbinin (BANM) dosenti və tələbələrinin yaratdığı "ThermoNorth" startapı ABŞ-ın “GIST” (“Global Innovation through Science and Technology”) biznes inkubasiya proqramına qəbul olunub. İnkubasiya proqramının əsəs məqsədi dünya üzrə ən güclü elm və texnologiya startaplarını Amerikaya cəlb etmək və biznes tərəfini inkişaf etdirmək üçün onlara kömək etməkdir. "ThermoNorth" layihəsi Hyustonda yerləşən “The Station Houston” və Vaşinqtondakı “WeWork” dünyaca məhşur startap mərkəzlərində inkişaf etdiriləcək. "ThermoNorth" startap ideyası əsasən BANM-in dosenti Əmir Reza Vaxşurinin vaxtilə müdafiə etdiyi dissertasiya işindən yaranıb. Startap layihəsinin formalaşması və inkişafında BANM-in Kimya mühəndisliyi ixtisasının məzunları Elmar Əsgərzadə, Hüseyn Əliyev, Murad Rəhimov, Aleksandr Oborovskiy və Yadigar Nəzərov iştirak edir.