Cinayət törətməkdə şübhəli bilinən 76 nəfər saxlanılıb


Digərləri 23 Sen 2019 10:26:00 221 0

Cinayət törətməkdə şübhəli bilinən 76 nəfər saxlanılıb

Cinayət törətməkdə şübhəli bilinən 76 nəfər saxlanılıb

Bakı. Samir Əli - Sentyabrın 21-dən 23-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən 2 gün ərzində 51 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 26 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 24 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 4 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.