Bakıda dəhşət - Psixi xəstə 42 yaşlı qohumunu qətlə yetirib özünü öldürdü


Digərləri 23 Sen 2019 10:02:00 249 0

Bakıda dəhşət - Psixi xəstə 42 yaşlı qohumunu qətlə yetirib özünü öldürdü

Bakıda dəhşətli qətl hadisəsi baş verib.

Bakı. Samir Əli - Bakıda dəhşətli qətl hadisəsi baş verib. Trend-in məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu ərazisində baş verib. Belə ki, rayonun Bilgəh qəsəbəsi, 28 may küçəsində, küçənin ortasında Abbasov Zakir Akif oğlunun bıçaqla qətlə yetirilmiş meyiti aşkarlanıb. Hadisə yerindən 10 metr aralıda yerləşən elektrik transformatorunun kabinəsindən isə daha bir meyit aşkar edilib. Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində məlum olub ki, kabinədən tapılan meyit Bilgəh qəsəbə sakini, psixi xəstə, 1957-ci il təvəllüdlü Rzayev Sərvər Əlibaba oğluna məxsusdur.