Cənubi Koreyadan ABŞ və KXDRa çağırış


Dünya 23 Sen 2019 09:25:00 245 0

Cənubi Koreyadan ABŞ və KXDRa çağırış

ABŞ və Şimali Koreya işçi səviyyəsində qarşıdakı danışıqlarda denuklearizasiya üçün bir yol xəritəsi hazırlamalıdırlar.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə bazar ertəsi Koreya Respublikasının xarici işlər naziri Kan Kyun-hva Nyu-Yorkda keçirdiyi brifinqdə açıqlama verib. Onun sözlərinə görə, Pxenyan ilk növbədə Vaşinqtondan təhlükəsizlik zəmanəti almağa çalışır və eyni zamanda Şimali Koreyaya qarşı iqtisadi sanksiyaları yüngülləşdirmək istəyir.

Kan Kyun-hva sentyabrın 22-də Nyu Yorkda, BMT-nın Baş Assambleyasında iştirak edəcək və çərşənbə axşamı ABŞ lideri Donald Tramp ilə görüşəcək ondan başqa Koreya Respublikasının Prezidenti Moon Jae ilə də görüşəcək.