Sorğu: ABŞ və Ermənistan Türkiyənin ən böyük düşmənləridir


Digərləri 23 Sen 2019 09:40:01 232 0

Sorğu: ABŞ və Ermənistan Türkiyənin ən böyük düşmənləridir

Türkiyə əhalisinin 94,5 faizi ABŞ-ı ölkənin ən böyük düşməni hesab edir

Bakı. Rufiz Hafizoğlu - Türkiyə əhalisinin 94,5 faizi ABŞ-ı ölkənin ən böyük düşməni hesab edir. Trend-in məlumatına görə, bu “Araştırma Değerlendirme Analiz” mərkəzinin keçirdiyi rəy sorğusu nəticəsində məlum olub. Rəyi soruşulanların 2,9 faizi ABŞ-ı dost olaraq görür. Bundan başqa, respondentlərin 95,4 faizi Ermənistanı Türkiyənin ikinci ən böyük düşməni hesab edir. 0,2 faiz respondent Ermənistanı dost olaraq qəbul edir.