"Savadlı insan özünü tərifləməyə ehtiyac duymur" Cəmilə


Kriminal 23 Sen 2019 07:48:00 228 0

"Savadlı insan özünü tərifləməyə ehtiyac duymur"  Cəmilə

Cəmilə Tağızadə: Sənət adamı özünə, gördüyü işlərə qiymət verməyə çalışmamalıdır

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Həmsöhbətimiz bir çox seriallarda müxtəlif obrazları ilə tamaşaçıların ürəyinə yol tapan Cəmilə Tağızadədir. Ən böyük arzularından biri rejissorlar tərəfindən hələ indiyə qədər ona təklif edilməyən obrazları canlandırmaqdır. Ana olduqdan sonra bu arzusunu həyata keçirmək üçün çalışacağını və ürəyində nisgili qalan obrazları canlandıracağını deyir. Ailə qurduqdan sonra Türkiyəyə köçərək özünə yeni bir həyat qursa da, doğmaları və dostları üçün darıxdığını deyir.    - Ailə qurduqdan sənətdən uzaq düşdünüz. Yenidən qayıtmaq fikriniz varmı?

- Hər bir qadın kimi, mən də ana olmağı arzulayıram. Övladımı böyüdüb, onunla gözəl zaman keçirmək istəyirəm. Ailə qurduqdan sonra yaradıcılığımda bir qədər durğunluq yaşandı. Ancaq bu o demək deyil ki, mən sənəti tərk etmişəm. Bir müddət sonra yenidən fərqli layihələrlə tamaşaçıların görüşünə gələcəm.    - Bundan sonra hansı obrazları canlandırmaq istəyərdiniz?

- Bu günə qədər bir çox obrazlar canlandırmışam. Ərafımda müxtəlif xarakterlərə sahib insanlar var. Bəzən onları filmdə canlandırmağı çox istəyirəm. Şıltaq, saf, cəsur obrazlarla bərabər, mənfi obrazlar da canlandırmışam. İstərdim ki, psixoloji problemlərlə üzləşən, xəstə yatağında can verən, həbsxana şəraitində yaşayan qadınların obrazlarını canlandırım.    - İndiyə qədər seriallarda və ya filmlərdə canlandırdığınız obrazlardan hansı sizin ruhunuza daha yaxın olub?

- Hər obraza öz xarakterimdən az da olsa nələrsə əlavə etmişəm. Ən çox sevdiyim obrazlardan biri "Cehizsiz gəlinlər" serialındakı Hicran obrazıdır. Bu obraz mənə çox böyük uğur gətirdi. "İkinci pərdə" filmində yer aldığım obrazımı da bəyənirəm. Baxmayaraq ki, orada epizodik obrazda çıxışı edirəm. O rol tamaşaçılar tərəfindən çox tanındı və sevildi. Ümumiyyətlə aktrisa bir obrazı canlandıranda, gərək duyğularını saf bir şəkildə ifadə edə, o səmimiyyəti insanlara ötürə bilsin.   - Tamaşaçılar sizi radio və televiziya aparıcısı kimi də tanıyır. Səhnə fəaliyyətinizi davam etdirmək fikrində olsanız, yenidən aparıcı qismində çalışmaq istəyərdinizmi?

- Etiraf edirəm ki, aparıcı kimi çox da uğur qazana bilmədim. Aktrisa kimi daha çox nailiyyətlər əldə etmişəm. Düzünü desəm, aparıcılıq fəaliyyəti ilə cəmi 3 il məşğul olmuşam. Amma aktrisa kimi 10 il səhnədə fəaliyyət göstərmişəm. Birinci kursdan bu sənətdəyəm. Əslində, televiziya sahəsində çalışmaq fikrim olmayıb. Lakin öz kurs yoldaşlarımdan bu barədə təklif aldım və aparıcı qismində çıxış etməyə başladım. Bu peşə zaman keçdikcə mənim üçün çox cəlbedici görünməyə başladı. Çevrəm geniş idi və buna görə də özümü çox xoşbəxt hiss edirdim. Hətta çalışırdım ki, sənətə yenicə qədəm qoyan insanları verilişlərimə dəvət edib, onları tamaşaçılara tanıdım. Bununla yanaşı, tanınmış, peşəkar aktyorları, aktrisaları, rejissorları da öz verilişlərimə dəvət edir, onlarla bir mövzu ətrafında müzakirələr edirdik.    - Teatrda çalışmaq fikriniz varmı?

- Əlbəttə, bu mənim ən böyük arzularımdan biridir. Teatrda çalışmaq istəyirəm. Ancaq, müəyyən səbəblərdən hələ ki bu istəyimi gerçəkləşdirmək mənə nəsib olmayıb.    - İstedadlı insan anlayışı sizin üçün hansı mənanı ifadə edir?