Elmlə məşğul olan Azərbaycan qadınlarının sayı artıb (ÖZƏL)


Digərləri 23 Sen 2019 07:46:35 232 0

Elmlə məşğul olan Azərbaycan qadınlarının sayı artıb (ÖZƏL)

Son 18 ildə Azərbaycanda elmi tədqiqatla məşğul olan qadınların sayı artıb.

Bakı. İlhamə İsabalayeva - Son 18 ildə Azərbaycanda elmi tədqiqatla məşğul olan qadınların sayı artıb. Trend-in məlumatına görə, 2000-ci ildə ölkədə 3 572 qadın elmi tədqiqat və işləmələrlə məşğul olub. 2010-cu ildə bu say 5 096-a, 2018-ci ildə 5 117 nəfərə çatıb. 2010-cu ildə tədqiqat və işləmələrlə məşğul olanların 2 312-i, 2018-ci ildə isə 3 459-u sırf tədqiqatçı, qalan şəxslər isə texniklər, köməkçi heyət və s. olub. Tədqiqatçı qadınların çoxu - 2 037 nəfəri elmin təbiət sahəsi üzrə araşdırmalar aparır. Qadınların elmdə təbiət istiqamətindən sonra daha çox araşdırma apardıqları sahə humanitardır.