Doğru bilinən


Digərləri 23 Sen 2019 07:28:00 297 0

Doğru bilinən

Zamanla hər şey dəyişir. Hətta dəmir kimi möhkəm olduğunu düşündüyünüz faktlar belə zamanla dəyişə bilər. Bəzi reallıqlar isə məktəbdə bizə səhv öyrədilib. Son.az ölkə.az-a istinadən bildirir ki, bunun səbəbi şagirdlərin həmin reallıqların əslini öyrənməyə hazır olmamasıdır.

Aşağıda sizə zamanla dəyişən və ya əvvəldən səhv təqdim olunan faktlar sadalanacaq:

Əvvəl: Amerika 1776-cı il iyulun 4-də müstəqillik qazanıb. 

İndi: Amerika rəsmi olaraq 1783-cü ildə müstəqil oldu.

Hər il 4 İyulda Amerikalılar Müstəqillik Gününü geniş qeyd edirlər. 1776-cı il iyulun 4-də İstiqlal Bəyannaməsi imzalansa da, Amerika sentyabrın 3-ü 1783-cü ildə Versal Müqaviləsi imzalanana qədər hələ də Britaniya hakimiyyətindən azad deyildi. Odur ki, Amerika məhz bu tarixdə müstəqil olub.

Əvvəl: Pluton planetdir.

İndi: Pluton planet deyil.

1800-cü illərin sonlarından bəri doqquz planetin potensial varlığı haqqında məlumatlar var idi. 1906-cı ildə astronom Persival Louell sirli "Planet X"i kəşf etməyi hədəfləyən tədqiqat layihəsinə start verdi.

1929-cu ildə Klayd Kombo "Planet X" olduğu ehtimal olunan Əkizlər bürcündəki ulduzların fotoşəkillərini çəkməyə başladı. 1930-cu ildə Pluton kəşf edildi və planet statusu qazandı. Ancaq 2005-ci ildə kütləvi trans-Neptun obyekti olan Erisin kəşfi ilə Pluton kiçik planetlər kateqoriyasına keçirildi.

Əvvəl: Almaz ən qatı maddədir.

İndi: Bor nitridi nanomaterialı almazdan daha qatıdır.

Amerika və Çin fizikləri sərtliyi və digər xüsusiyyətlərinə görə almazdan üstün olan kub boron nitridinin mikrokristallarına əsaslanan xüsusi bir nanomaterial yaradıblar.

Əvvəl: Salem ifritələri dirəkdə yandırılıb.

İndi: Əslində isə onlar asılmışdılar.

(adsgarden = window.adsgarden || []).push({});