Uşağın başı nə zaman böyük və ya balaca sayılır?


Digərləri 23 Sen 2019 07:00:00 396 0

Uşağın başı nə zaman böyük və ya balaca sayılır?

Adətən valideynlər uşaqlarını digər uşaqlarla müqayisə etməyi sevir. Buna əsasən də uşağının normal və ya anormal olması qənaətinə gəlir. Məsələn, eyni yaşda olan iki uşaqdan birinin bir qədər hündür, digərinin bir az kök olmasını valideynlər anormallıq kimi qəbul edib. Valideynlərə görə, eyni yaşda olan uşaqlar standart boyda, çəkidə və qabiliyyətdə olmalıdır. Lakin mütəxəssislər hesab edir ki, hər uşağın inkişafı eyni getmədiyi üçün onların görüntü və qabiliyyətləri də eyni ola bilməz.

Son.az bildirir ki, mövzu ilə bağlı axar.az-a danışan pediatr Altay Abdullaoğlu bildirib ki, normal adlandırdığımız hal hər bir insan, hər uşaq üçün fərqlidir:

"Uşaqlara adətən baxılandan onların başının ölçüsü və yaxud da hansısa ölçüləri barədə fikirlər yürüdülür. Normal adlandırdığımız hal hər bir insan üçün fərqlidir. Lakin ümumi normal formalar üçün cədvəllər var. Təbii ki, bu cədvəllər hər bir toplum və xalqlara görə dəyişir. Çünki Avropada orta boy göstərici bir cür, Çində başqa cür, bizdə tamamilə fərqlidir. Belə cədvəllərə baxaraq uşaqlarda olan boy, çəki haqqında fikirlər söyləyə bilərik. Amma qeyd etdiyimiz cədvəllər də nisbidir. Bəzən o cədvəllərlə də uyğunluq olmaya bilər. Uşağın ümumi göstəricələri o toplumdakı insanlardan fərqlənə bilər. Uşağın normal olduğunu müəyyən etmək üçün uşaq müayinə olunur, xəstəlikləri araşdırılır və heç bir xəstəliyi yoxdursa və valideynin genetik izlərini daşıyırsa, ona heç bir müalicə yazılmır".

Həkim bildirib ki, pediatrlara tez-tez uşağın boyunun balaca, arıq, başının böyük və ya balaca olması barədə narahatlıqlarını dilə gətirən valideynlər müraciət edir:

(adsgarden = window.adsgarden || []).push({});