Beyinə bənzəyən tərəvəzin İNANILMAZ FAYDALARI


Digərləri 23 Sen 2019 01:30:00 423 0

Beyinə bənzəyən tərəvəzin İNANILMAZ FAYDALARI

Beyinə bənzər bu bitki beyinə və bədəninizdəki demək olar ki, bütün digər orqanlara faydalıdır. "Daily Health Post" iddia edir ki, müntəzəm kələm istifadəsi sağlamlığınızı gücləndirəcək və xəstəliklərin sağalmasına kömək edəcək.

Son.az kələmin inanılmaz fayaları ilə tanış edir.

Kələmin tərkibinə bədənə lazım olan bir çox vitaminlər daxildir: C, E və K vitaminləri; kükürd, beta-karotin, kalium, maqnezium və kalsium. Vitamin C kələmdə bir ədəd portağaldan daha çoxdur. Bu suda həll olunan vitamin bədəndə saxlanmır, odur ki, tarazlığı qorumaq üçün mütəmadi olaraq ondan istifadə etməlisiniz. Vitamin C xəstəliklərin müalicəsi üçün çox vacib olan təsirli bir antioksidandır. Vitamin C immun və sinir sistemlərinə təsir edərək Alzeymer xəstəliyi və xərçəng kimi degenerativ xəstəliklərin inkişafını azalda bilər.

1. Kələm iltihabla mübarizə aparır

Kələmin ən geniş yayılmış komponentlərindən biri də əzələlərdə və ağciyərlərdə toplanan qlutamin amin turşusudur. Qlutamin antiinflamatuar təsir göstərir. Qlutaminlə zəngin qidalar yemək allergiya, oynaq ağrısı, əzələ ağrısı, hərarət və dəri xəstəliklərinin təsirini azalda bilər.

2. Qan təzyiqini aşağı salır

Kələmdəki kalium qan damarlarını açıq və axıcı saxlayır, qan təzyiqini sağlam səviyyədə saxlayır.

3. Sümük sağlamlığını artırır

Kələmin tərkibindəki minerallar sümük möhkəmliyi, osteoporoz və sümüklərin oxşar degenerativ vəziyyətlərinin qarşısının alınması üçün vacibdir.

4. Beyin funksiyasını qoruyur

Vitamin K sinir zədələrindən qoruyur və beyin sağlamlığına kömək edir. Bu vitamin qan laxtalanması və bədəndə müəyyən zülalların yaranması üçün lazımdır. Əsəbləri qoruyur və demans kimi degenerasiya təsirinin qarşısını alır.

Antosiyaninlər kələmin qırmızı olmasına səbəb olur (qırmızı şərab hazırlamaq üçün istifadə olunan qırmızı üzüm antosiyaninlərin başqa bir mənbəyidir). Bu maddə xərçəng riskini azaldan, beyni və bütün sinir sistemini dəstəkləyən zəngin bir antioksidandır.

5. Xərçəngin qarşısının alınması

(adsgarden = window.adsgarden || []).push({});