Sutka ərzində Suriyaya 1,3 mindən artıq qaçqın qayıdıb


Dünya 22 Sen 2019 23:00:00 368 0

Sutka ərzində Suriyaya 1,3 mindən artıq qaçqın qayıdıb

Ötən sutka ərzində xarici ölkələr ərazisindən Suriyaya 1352 qaçqın qayıdıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, Livandan "Ceydet-Yabus" və "Tel-Kalah" buraxılış məntəqələrindən 452 qaçqın (135 qadın, 230 uşaq), İordaniyadan "Nəsib" buraxılış məntəqəsindən 900 qaçqın (270 qadın, 459 uşaq) öz ölkəsinə qayıdıb.

Ölkə daxilində daimi yaşayış yerlərinə sutka ərzində 9 Suriya vətəndaşı qayıdıb.