Bir yaşlı uşaq su vedrəsinə düşdü, vəziyyəti ağırdır Azərbaycanda


Digərləri 22 Sen 2019 22:30:00 284 0

Bir yaşlı uşaq su vedrəsinə düşdü, vəziyyəti ağırdır  Azərbaycanda

Şəkidə bir yaşlı körpə su vedrəsinə düşüb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Sucma kəndində baş verib. Belə ki 2018-ci il təvəllüdlü Əhmədova Nuranə Nofəl qızı oynayarkən ehtiyatsızlıqdan icərisində su dolu vedrəyə başı aşağı düşüb. Uşaqda boğulma əlamətləri olub. Onu yaxınları Rayon Mərkəzi xəstəxanasına çatdırıblar.

Xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilən N.Əhmədovaya lazımi tibbi yardım göstərilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.