İntervallı aclıq: immunitet sistemi necə yaxşılaşa bilər?


Digərləri 22 Sen 2019 22:04:00 233 0

İntervallı aclıq: immunitet sistemi necə yaxşılaşa bilər?

Qrats Universitetinin (Avstriya) bir qrup alimi intervallı aclığın orqanizm üçün bir çox faydalarını üzə çıxarıb.

Son.az xəbər verir ki, alimlər 60 könüllü iştirakçı üzərində dörd həftə ərzində xüsusi bir pəhrizi sınaqdan keçirib. Təcrübə üçün bir az dolu bədənli, eyni zamanda sağlam orta yaşlı kişilər və qadınlar seçilib. Onlar arasında veqan və vegetarianlar olmayıb.

Onların yarısı (nəzarət qrupu) əvvəlki yemək vərdişlərini qorumalı, digər yarısı müəyyən intervallı aclıq üsuluna əməl ediblər.

Dörd həftəlik təcrübədən sonra onların hər biri orta hesabla 3,5 kq arıqlayıb, nəzarət qrupundakı iştirakçılar isə təxminən 200 qram arıqlayıb.

Araşdırmanın digər müsbət təsirlər arasında aşağıdakılar qeyd edilib:

Yüksək qan təzyiqinin aşağı salınması;

Metabolik proseslərin yaxşılaşdırılması;

Qanda doymamış yağ turşularının konsentrasiyasında artım - bir sıra müşahidələrə görə infarkt və digər ürək-damar xəstəlikləri riskini azaldır.

Cənubi Kaliforniya Universitetinin alimləri orucun immuniteti gücləndirdiyini aşkar edib.

Məlum olub ki, aclıq qanda ağ qan hüceyrələrinin sayının kəskin azalmasına səbəb olur və qidalanma normallaşdırıldıqda immun hüceyrələrin səviyyəsi nəinki bərpa olunur, həm də əvvəlki ilə müqayisədə artır.

(adsgarden = window.adsgarden || []).push({});