Uçuşdan əvvəl nələri etmək məsləhət deyil


Digərləri 22 Sen 2019 21:45:00 302 0

Uçuşdan əvvəl nələri etmək məsləhət deyil

Hər kəs bilir ki, təyyarə ilə səyahət zamanı insan orqanizmi güclü stressə məruz qalır. Yüksəklik, təzyiqin kəskin artması, havanın seyrəkliyi, təyyarə havaya qalxarkən və yerə enərkən gərginliyin artması - bütün bu amillər hətta təyyarədən uçmaqdan əsla qorxmayan insanların da çoxdan gözlədiyi səfərin təəssüratlarını korlaya bilər.

Üstəlik, insanı əsəbiləşdirən çoxlu məqamlar da var: bütün sənədləri götürmək, aeroporta vaxtında gəlmək, gömrük və pasport nəzarətindən problemsiz keçmək, şəxsi əşyaların heç birini unutmamaq...hətta özünü təcrübəli səyahətçilər hesab edən sərnişinlər də bunları fikirləşəndə başları ağrayır.

Uçuşu necə asanlaşdırmalı və səfərdən necə zövq almalı?

Son.az AZƏRTAC-a istinadən geniş yayılmış və istirahətinizi korlayan biləcək səhvləri xatırladır.

Beləliklə, təyyarə ilə uçmazdan əvvəl bunları etmək lazım deyil:

1.Bütün mühüm sənədləri və pulları bir kiçik çantada gizlətmək.

Əlbəttə, pasport nəzarəti üçün lazım olan bütün yol sənədlərini, təyyarəyə minmə talonlarını, uşaqlar üçün etibarnamələri, xarici pasportları və doğum haqqında şəhadətnamələri əl altında saxlamaq rahatdır. Amma təsəvvür edin ki, siz həmin balaca çantanı itirsəniz nələr baş verə bilər. Axı mübaliğəsiz demək olar ki, sizin bütün həyatınız həmin çantada toplanıb. Əgər siz böyük ailə şəkilində, çoxlu baqaj və əl yükü ilə səyahətə çıxırsınızsa, həmin balaca çantanı haradasa unutmaq riski qat-qat artır. Belə risk etməyin, bundansa pasportunuzu döş cibinizə, pullarınızı isə bir neçə yerə qoyun. Beləliklə, siz səyahət üçün topladığınız kapitalınızı oğurlanmaqdan qoruya bilərsiniz.

2.Aeroporta getməyin daha tez və daha ucuz başa gələn yolunu aydınlaşdırmamaq.

Ola bilsin ki, siz taksiyə və ya ictimai nəqliyyata güvənir, ümid edirsiniz ki, lazımi vaxtda aeroportda olacaqsınız. Bəs sizin reysiniz gecə vaxtı uçursa və həmin vaxtda avtobuslar işləmirsə, onda necə? Birdən siz taksi çağıra bilmədiniz, çünki oteldə interneti söndürüblər, siz isə rouminqə qoşulmamısınız? Təsadüfə çox bel bağlamayın, şəhərdən aeroporta getməyin mümkün yollarını qabaqcadan aydınlaşdırın.

3.Aeroporta gəlmək vaxtının düzgün hesablanmaması.

Aeroporta gəlmək vaxtının ən geniş yayılmış variantı uçuşa 2 saat qalmışdır. Lakin sərnişinlərin çoxu, xüsusən tez-tez uçanlar hesab edirlər ki, bu vaxt olduqca çoxdur. Bu, sizin səyahətə çıxarkən yalnız əl yükü götürməyiniz və reysə onlayn rejimdə qeydiyyatdan keçməyiniz halına daha çox aiddir. Bununla bərabər, uçuşa qədər vaxtın daha qısa olması onunla nəticələnə bilər ki, siz sadəcə reysə gecikərsiniz. Aeroportların çoxunda bu qayda ilk növbədə Avropa və ABŞ-ın böyük hava hablarına aiddir. Orada qeydiyyatdan və pasport nəzarətindən keçmək üçün növbələr çox böyük ola bilər. Nahaq yerə risk etməyin. Əgər artıq vaxtınız varsa, həmin vaxtı aeroportun kafesində bir fincan qəhvə içməyə sərf edin.

4.Reysə onlayn qeydiyyata etinasızlıq

Demək olar ki, bütün aviaşirkətlər öz sərnişinlərinə onlayn qeydiyyat xidməti təqdim edir. Üstəlik, loukosterlərin çoxu bu proseduru internet vasitəsilə müstəqil keçmək istəməyən sərnişinləri cərimə edirlər. Bu məsələni əvvəlcədən aydınlaşdırın. Hər halda onlayn qeydiyyat daha rahat və daha təhlükəsizdir.

5.Otel xərcinə qənaət etmək və gecəni aeroportda keçirmək

Bundan daha pis ideyanı fikirləşmək də çətindir. Aeroportlar orada gecələmək üçün nəzərdə tutulmur, buna görə də orada rahat kreslo və ya stullar yoxdur. Gözləmə zalında yerləşə biləcəyiniz ən çoxu plastik materialdan hazırlanmış möhkəm stullardır. Özü də yalnız bu şərtlə ki, aeroport boş olsun və sizin bəxtiniz gətirib heç olmasa 2-3 boş kreslo tapa biləsiniz. Səs-küy və vurnuxma ucbatından orada heç vaxt normal yuxulaya bilməyəcəksiniz. Buna görə də ertəsi gün səhər yorğunluqdan ayaqlarınızı sürükləyəcəksiniz. Həmin günü səyahətinizin təqvimindən poza bilərsiniz.

Lakin hər halda gecəni aeroportda qalmalı olsanız, biznes-salonlara getməyin dəyərini dəqiqləşdirin. Orada nisbətən kiçik haqq ödəmək müqabilində vaxtınızı müəyyən qədər rahat keçirə bilərsiniz.

6.Baqajınızı evdə çəkməyi unutmayın.

(adsgarden = window.adsgarden || []).push({});