Nevropatoloq: Altsheymer xəstəliyi bəzi hallarda çox sürətli gedişata malikdir


Digərləri 22 Sen 2019 21:35:00 316 0

Nevropatoloq: Altsheymer xəstəliyi bəzi hallarda çox sürətli gedişata malikdir

Altsheymer hazırda dünyada geniş yayılmış xəstəliklərdən biridir. Tədqiqatlara görə, 85 yaşdan yuxarı insanlar arasında bu xəstəliyə rastgəlmə şansı 50 faizə qədərdir. Kişilərə nisbətən qadınlar daha çox Altsheymerdən əziyyət çəkirlər. Xəstəliyin yaranma səbəbləri polietioloji amillərdən qaynaqlanır. Qan dövranı pozuntuları, insult, zəhərlənmə, arterial qan təzyiqinin yuxarı olması, qanda xolesterinin miqdarının pozulması, laxtalanma problemi və irsi amillər həmin xəstəliyin əmələ gəlməsinin başlıca səbəblərindəndir. Lakin bu xəstəliyə 55 yaş və ondan yuxarı olan yaş qrupunda, hətta 40-45 yaşlarda da rast gəlinib. Xəstəliyin əlamətləri sırasında tez-tez yaddaş problemlərindən şikayət, bir sözü və sualı çox təkrarlamaq, ailə üzvlərinin, gündəlik istifadə edilən məişət əşyalarının adını səhv salmaq, özünün, ailə üzvlərinin doğum tarixini, yaşını unutmaq yer alır. Axşama doğru isə xəstənin vəziyyəti pisləşir. Əgər belə hallar varsa, nevropatoloqa müraciət edib, nevroloji testdən keçmək lazımdır. Nevropatoloqlar həmin xəstənin vəziyyətini olduğu kimi saxlamaq üçün müalicə təyin edirlər.

Son.az bildirir ki, bu barədə AZƏRTAC-a Azərbaycan nevropatoloq Yeganə Rəşidova məlumat verib.

Mütəxəssisin sözlərinə görə, Altsheymer xəstəliyi bəzi hallarda çox sürətli gedişata malikdir: "Belə olduqda xəstələrdə gün ötdükcə kəskinləşmə müşahidə olunur. Onların bir nəzarətçi olmadan özünü idarə edə bilməməsi qeydə alınır. Bəzən elə xəstələr itiuclu əşyaları öz yastıqlarının altında saxlayır, həmin əşyaları gizləyir, evdəki şəxslərdən birinə xəsarət yetirmək üçün onu nəzarətdə saxlayırlar. Altsheymer xəstələri bəzən özlərini hündürlükdən atmaq istəyirlər. Harasa gedib-qayıdarkən öz evlərini tapa bilmirlər. Bir sözlə, qısa müddətdə özlərini idarə edə bilməyəcək vəziyyətə gəlib çıxırlar".

Nevropatoloq bildirib ki, hər hansı qəza zamanı alınan travmalar Altsheymer xəstəliyi yaratmır. Lakin xəstəlik insanda gizlin formada varsa, travmatik zədələr zamanı onun üzə çıxması müşahidə oluna bilər.

(adsgarden = window.adsgarden || []).push({});