Bu məhsullar orqanizmi yavaşyavaş məhv edir


Digərləri 22 Sen 2019 21:30:00 274 0

Bu məhsullar orqanizmi yavaşyavaş məhv edir

Tez-tez xəbərdarlıq edilməsinə baxmayaraq, insanların istifadə etməyə davam etdikləri məhsullar hər gün onların ömrünü azaldır. Bu məşhur məhsullar orqanizmi yavaş-yavaş dağıdır.

Son.az xəbər verir ki, bunlardan birincisi, qazlı içkilərdir.

Qaz vurulmuş şirələr son dərəcə təhlükəlidir, çünki, bu mayelərin tərkibində 10 faizə qədər şəkər olur. Bu məhsuldan istifadə şəkərli diabetə və piylənməyə aparır. Qazlı mayelərin alternativi tam təzə meyvələrdir.

İkinci yerdə şirniyyat məmulatlarıdır. Tortlar və dadlı pirojnalardan həddən artıq istifadə edilməsi tövsiyə olunmur. Onların tərkibində çoxlu şəkər, duz və əlavə konservantlar olur.

Bundan sonra pendirlər gedir. Bərk pendirlərdə yağlılıq daha çoxdur. Məsələn, İsveçrə pendirində yağlılıq 50 faizdir. Bu cür pendirlərdə xolesterinin miqdarı yüksək olur. Alternativ olaraq daha çox kəsmikdən istifadə edin.

(adsgarden = window.adsgarden || []).push({});