Bu ölkədə yük maşını piyadaların üzərinə sürülüb:


Dünya 22 Sen 2019 21:10:00 308 0

Bu ölkədə yük maşını piyadaların üzərinə sürülüb:

Çinin Syantan şəhərində (Hunan əyaləti) yük maşını piyadaların üzərinə sürülüb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumaat görə, bu barədə Çinin İctimai Təhlükəsizlik Nazirliyinin Yol Xidmətindən bildiriblər.

Məlumata əsasən, insident nəticəsində 10 nəfər həlak olub, 16 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Bildirilir ki, hadisə yerli vaxtla səhər saat 08:40-da baş verib. Bütün xəsarət alanlar xəstəxanalara yerləşdirilib.