Şamaxı rayonunda “Çağdaş aşıqlarımızın poetik yaradıcılığında vətənpərvərlik və qəhrəmanlıq mövzusu”nda tədbir keçirilib (FOTO)


Digərləri 22 Sen 2019 18:45:07 239 0

Şamaxı rayonunda “Çağdaş aşıqlarımızın poetik yaradıcılığında vətənpərvərlik və qəhrəmanlıq mövzusu”nda tədbir keçirilib (FOTO)

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi ”Çağdaş aşıqlarımızın poetik yaradıcılığında vətənpərvərlik və qəhrəmanlıq mövzusu”nda silsilə tədbirlər keçirir

Bakı. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi ”Çağdaş aşıqlarımızın poetik yaradıcılığında vətənpərvərlik və qəhrəmanlıq mövzusu”nda silsilə tədbirlər keçirir. Trend-in məlumatına görə, layihə çərçivəsində növbəti tədbir Şamaxı rayonunda baş tutub. Şamaxı Rayon Mərkəzi Kitabxanasında keçirilən tədbirdə Aərbaycan Pedaqoji Universitetinin Şamaxı Filialının,Rayon Mədəniyyət İdarəsinin, Mərkəzi Kitabxananın əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən rayon ziyalısı Məhəmmədəli İsayev, Azərbaycan Pedaqoji Universitetinin Şamaxı filialının müəllimi Vəsilə Razimi, musiqi məktəbinin direktoru Gülağa Cəbrayılov, Əməkdar Mədəniyyət işçisi, Ustad Aşıq Ağamurad Şirvanlı, Əməkdar Mədəniyyət işçisi, balaban ifaçısı Rasim Ələsgərov və başqaları çıxış edərək layihənin əhəmiyyətindən danışıblar, belə bir layihənin xüsusi ilə gənclərin vətənpərvərlik ruhunda böyüməsi baxımından cox əhəmiyyətli olduğunu bildiriblər. Çıxışlarda qeyd olunub ki, torpaqlarımızın 20 faizinin düşmən tapdağı altında olduğu bir zamanda, belə tədbirlərin keçirilməsi olduqca vacibdir torpaqlarımızın müqəddəsliyi uğrunda qəhrəmanlıq göstərən, şəhidlik zirvəsinə yüksələn vətən övladlarının həyatı bədii yaradıcılıqla məşğul olan aşıqlarımızın əsərlərində daim tərənnüm olunmalıdır. Belə əsərlər gənclərdə Vətən eşqini,Vətən sevgisini artırır. Ona görə də yaradıcılıqla məşğul olan aşıqlarımızın yazdıqları əsərlər ictimaiyyətdə geniş təbliğ olunmalı, mahiyyəti aşılanmalıdır. Bu, əslində ulu öndər Heydər Əliyev siyasətinin əsas tərkib hissələrindən biridir.