Rumıniyanın məşhur cadugəri: “Trampın mühacirlərə qarşı davranışlarını əngəlləyəcəyik” FOTO


Digərləri 22 Sen 2019 16:27:00 265 0

Rumıniyanın məşhur cadugəri: “Trampın mühacirlərə qarşı davranışlarını əngəlləyəcəyik”  FOTO

Rumıniyanın cadugərləri ilə məşhur ölkə olduğunu eşitmiş ola bilərsiniz. Mihaela Minka da Rumıniyanın məşhur cadugərlərindən biridir.

Rumıniyada və ətraf ölkələrdə çox yayğın olan cadugər ailələrin cəmiyyətdə mühüm yeri var. Rumıniya parlamentində çoxluğun cadugər ailələrindən qorxduğu da iddia olunur. Etdikləri cadugərlik sayəsəsində lüks həyat yaşayan bu ailələr indi də Amerikaya mühacirət etmək üçün yollar axtarır. Bəziləri artıq ölkələrini tərk ediblər.

Son.az musavat.com-a istinadən bildirir ki, Rumıniyanın ən güclü cadugəri olaraq bilinən Mihaela Minka da Los-Ancelesdə yeni bir həyata başlamaq qərarına gəlib.

Mihaela Minka Rumıniyanın ən məşhur və güclü cadugərlərindən sayılır. 

O, Amerikaya getməsininin səbəbini bu cür izah edib: "Amerika insanların yaşaması üçün daha azad bir ölkədir. Xüsusilə burada cadugərlər rahat şəkildə öz işlərini görə bilirlər. Mən burada dünyanın bir çox yerindən olan cadugərlərlə tanış oldum. Hətta burada cadugərlər Hollivud bulvarında küçənin ortasında rahat şəkildə əyləşib, fala baxırlar".

Qeyd edək ki, ötən aylarda Rusiya, Kuba, Orta Şərq və Hindistandan olan cadugərlər ABŞ prezidenti Donald Tramp üçün biraraya gəlmişdilər. Donald Trampın mühacirlərə olan münasibətini bəyənməyən cadugərlər onu əngəlləyəcəklərini bildirirlər. Mihaela Minka da bu həmkarlarına dəstək verəcəyini bildirib. Minka mühacirlərin qarşısını almaq üçün bir divarın inşa edilməsini qəbul etmədiklərini qeyd edib. Minka etdikləri cadunun işə yarayacağını və hökumətin immiqrantların qarşısını alacaq bir divar üçün büdcə ayıra bilməyəcəyini deyib.

(adsgarden = window.adsgarden || []).push({});