Yük konteynerində 38 miqrant aşkarlandı


Dünya 22 Sen 2019 15:32:00 279 0

Yük konteynerində 38 miqrant aşkarlandı

Macarıstan polisi ölkənin Serbiya ilə sərhədində dəmir yolu konteynerində 38 qeyri-qanuni miqrant aşkarlayıb.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

"Macarıstan polisi Kelebia sərhəd məntəqəsində yük konteynerində 38 miqrant tapıb. Onların otuz altısı əfqan, daha ikisi eritreyalılardır", - məlumatda belə deyilir.

Tapılan miqrantların heç birində Macarıstanda qalmaları üçün sənəd olmadığından, onlar sərhəddəki Tompa-Kelebia qəbul mərkəzinə göndərilib.