"İlk milyonu cins alveri ilə qazandım..." Rusiyalı milyarder


Digərləri 22 Sen 2019 15:21:00 314 0

"İlk milyonu cins alveri ilə qazandım..."  Rusiyalı milyarder

Rusiyalı oliqarx Mixail Proxorov tələbəlik illərində ilk milyon rubl qazancını cins ticarəti ilə məşğul olmaqla əldə etdiyini açıqlayıb.

Son.az virtualaz.org-a istinadən bildirir ki, o "Pozner Online" saytına müsahibə verib.

"İnstitutda oxuyurdum, səhərlər tezdən vağzala vaqonları boşaltmağa gedirdik. Orada xoşbəxtlikdən bizim üçün əməkdaşlıqla bağlı xüsusi bir qanun meydana gəldi. Və çox düşünmədən, yarım ildən sonra "varyonka" tipli cins ticarəti ilə məşğul olan kooperativ açdıq. Yadınızdadırsa, o vaxt "varyonka" çox dəbli cins idi. "Varyonka" növünə uyğun öz cins geyimlərimizi istehsal etdik. Beləliklə, "varyonka" istehsalından ilk milyon rubl qazandım",- deyə rusiyalı oliqarx çox qürur duyduğunu və öz xoşbəxtçiliyinə hələ də inana bilmədiyini bildirib.

Məlumatda bildirilir ki, 2012-ci ildə Rusiyada prezidentliyə namizədliyini irəli sürən Mixail Proxorovun hazırda sərvəti 9,8 milyard ABŞ dollarıdır.

(adsgarden = window.adsgarden || []).push({});