Cəlilabadda 8 otaqlı ev yanıb


Digərləri 22 Sen 2019 15:11:27 315 0

Cəlilabadda 8 otaqlı ev yanıb

Cəlilabad rayonunun Cəfərxanlı kəndində ümumi sahəsi 320 m² olan ikimərtəbəli 8 otaqlı evin ikinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 16 m² sahədə və dam örtüyü 60 m² sahədə yanıb

Bakı. Cəlilabad rayonunun Cəfərxanlı kəndində ümumi sahəsi 320 m² olan ikimərtəbəli 8 otaqlı evin ikinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 16 m² sahədə və dam örtüyü 60 m² sahədə yanıb. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​