“Pivə içmək insanı sosiallaşdırır”


Digərləri 22 Sen 2019 15:05:00 294 0

“Pivə içmək insanı sosiallaşdırır”

Pivə insanlıq tarixi qədər keçmişi olan bir qədim içki sayılır. Səkkiz min il əvvəl misirlilərin çörək çıxarmaq üçün arpanı islah etmə işləri nəticəsində ərsəyə gəldiyi iddia edilən pivə bu gün ən çox içilən spirtli içkilərdən biri sayılır. Ölkələrdə olduqca sevilən pivənin çıxarıldığı yerə görə növləri var.

Xüsusilə yay aylarında daha çox içilən pivə haqqında bir çox maraqlı faktlar mövcuddur. 

Son.az musavat.com-a istinadən bildirir ki, pivə mədəniyyətinin tarixi qədim Mesopotamiyaya qədər uzanır və gündəlik qidalanmada mühüm rol oynayıb. Pivə buğda, arpa, mayaotu, yulaf, çovdar, darı, düyü, qarğıdlı kimi dənli bitkilərin səmənilərindən istehsal edilir. Amma əksər pivə istehsalçıları onun hazırlanmasında ən çox arpa səmənisinə üstünlük verirlər.

Qədim Tarix Ensiklopediyasına görə, qaynama zamanı zərərli mikroorqanizmlər öldüyü üçün və digər içkilərdə tapılmadığı qida maddələri olduğuna görə pivənin sudan daha sağlam olduğuna inanılır.

Pivə hazırlamaq Şumer ilahəsi Ninkasinin də dini ritualının bir hissəsi olub. Ninkasi, Mesopotamiyanın pivə Tanrıçası idi və insanlara pivə hazırlamaq sənətini öyrədirdi. Ninkasini pivə Tanrıçası kimi tanıyan şumerlər, pivənin necə hazırlandığını izah edən "Ninkasi himni" adlanan musiqi ilə gələcək nəsillərə pivənin təsvirini şifahi şəkildə çatdırırdılar. 

Bəzi pivə mütəxəssisləri pivənin sivilizasiyanın yüksəlişi ilə əlaqəli olduğunu iddia edirlər. Maya həmişə pivənin hazırlanmasının ayrılmaz bir hissəsi olub. Lakin insanlar 19-cu əsrə kimi fementasiyanın necə baş verdiyini bilmirdilər. Maya şəkəri metabolizə etdiyi zaman və alkoqol ilə karbonasiyaya çevrilərkən fermentasiya baş verir. 

ABŞ-da 1919-cu ildəki qadağanın qüvvəyə minməsindən 1978-ci ildə Cimmi Karterin (ABŞ-ın 39-cu prezidenti) pivə istehsalına vergi tətbiqinə qədər federal qanun evdə pivə istehsalını məhdudlaşdırdı və qadağan etdi. 

ABŞ-ın ilk prezidenti Corc Vaşinqton da evdə hazırlanan pivə həvəskarı olub.

(adsgarden = window.adsgarden || []).push({});