Milli Gimnastika Arenasında Dünya Çempionatının sonuncu günü start götürüb


Digərləri 22 Sen 2019 14:44:20 284 0

Milli Gimnastika Arenasında Dünya Çempionatının sonuncu günü start götürüb

Bu gün Bakıda Milli Gimnastika Arenasında 37-ci Bədii Gimnastika üzrə Dünya Çempionatının sonuncu günü start götürüb

Bakı. Cani Babayeva - Bu gün Bakıda Milli Gimnastika Arenasında 37-ci Bədii Gimnastika üzrə Dünya Çempionatının sonuncu günü start götürüb. Trend-in məlumatına görə, sonuncu gün qrup hərəkətlərində komandaların finalları keçiriləcək. Komandalar 5 topla hərəkətlərdə və 3 halqa və 2 cüt gürz ilə hərəkətlərdə proqramlarını nümayiş etdirəcəklər. Azərbaycan komandası 3 halqa və 2 cüt gürz ilə hərəkətlər üzrə finalda çıxış edəcək. Azərbaycan komandasında Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Daria Sorokina yer alırlar. Xatırladaq ki, ötən gün keçirilən yarışlarda qrup hərəkətləri üzrə Azərbaycan yığması Tokioda 2020 Olimpiya Oyunları üçün lisenziya qazanıb.