Azərbaycanın ərazi sularında gəmilərin hərəkətinə, limanlara giriş çıxışına icazə verildi


Digərləri 22 Sen 2019 14:15:00 362 0

Azərbaycanın ərazi sularında gəmilərin hərəkətinə, limanlara giriş çıxışına icazə verildi

Azərbaycanın ərazi sularında gəmilərin hərəkətinə, limanlara giriş çıxışına icazə verilib.

Dövlət Dəniz Agentliyinin Mətbuat Xidmətindən Son.az-a verilən məlumata görə, bu gün səhər saat 8 dən etibarən Dövlət Dəniz Agentliyinin Milli Mərkəzi tərəfindən Azərbaycanın ərazi sularında Azərbaycan və xarici bayraq altında üzən gəmilərin hərəkətinə, limanlara giriş çıxışına icazə verilib.

Bildirilir ki, hazırda dənizdə küləyin sürəti 15 - 18 metr saniyədir. Axşama doğru küləyin sürətinin azalaraq 11 - 12 metr saniyə olacağı bildirilir. Dənizdə dalğanın hündürlüyü 1,5 - 2 metr arasındadır. Güclü külək ərəfəsində isə dənizdə heç bir problem yaşanmayıb.