Həlak olan hərbçimiz dəfn olundu


Digərləri 22 Sen 2019 13:52:00 265 0

Həlak olan hərbçimiz dəfn olundu

Sentyabrın 20-də həlak olan Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu əsgər Məmmədov Elyarbəy Beyqalı oğlu bu gün dəfn edilib.

Son.az APA-ya istinadən xəbər verir ki, E. Məmmədov Samux rayonu Sarıqaya kəndində dəfn edilib.

Qeyd edək ki, sentyabrın 20-də gecə saatlarında hərbi hissələrdən birində naməlum şəraitdə Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər E. Məmmədov həlak olub.

Hadisə ilə bağlı istintaq prosedurları başlanıb.