Şahin Atamov Karate Combat "Evolution" peşəkar karate liqasında debütünü qələbə ilə başa vurub (FOTO)


Digərləri 22 Sen 2019 13:36:43 227 0

Şahin Atamov Karate Combat "Evolution" peşəkar karate liqasında debütünü qələbə ilə başa vurub (FOTO)

Karate üzrə Azərbaycan milli komandasının uzun illər kapitanı olmuş və Dünya Karate Federasiyasının (WKF) bir çox ən nüfuzlu rəsmi titullarının sahibi Şahin Atamov, Karate Combat "Evolution" peşəkar karate liqasında debütünü qələbə ilə başa vurub

Bakı. Karate üzrə Azərbaycan milli komandasının uzun illər kapitanı olmuş və Dünya Karate Federasiyasının (WKF) bir çox ən nüfuzlu rəsmi titullarının sahibi Şahin Atamov, Karate Combat "Evolution" peşəkar karate liqasında debütünü qələbə ilə başa vurub. Azərbaycan Milli Karate Federasiyasından Trend-ə verilən məlumata görə, idmançımız rəqibini birinci raundun 2-ci dəqiqəsində nokauta salıb. Liqada "Aslan" ləqəbi ("The Lion") ilə çıxış edən Şahin Atamovun ağır çəkidə (93 kq) rəqibi isə liqada birinci döyüşünü qələbə ilə başa vuran Dominikanlı Xorxe Peres olub. Görüş 22 sentyabrda ABŞ-ın Florida şəhərində keçirilib.