"Rusiya üçün ən böyük təhlükə budur"


Dünya 22 Sen 2019 12:25:00 328 0

"Rusiya üçün ən böyük təhlükə budur"

ABŞ-ın özünün güc üstünlüyünə inamı və bu səbəbdən məntiqsiz addımlar atmaq ehtimalı Rusiya və digər ölkələr üçün əsas təhlükədir.

Son.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiyanın Müdafiə naziri Sergey Şoyqu deyib.

"Zəifliyini dərk edəndə və balansı qorumaqda maraqlı olanda bu sizi başınızı işlətməyə vadar edir, ancaq ABŞ-da olduğu kimi qüvvələr balansının sizin xeyrinizə dəyişdiyini hesab edəndə beyninizə ən müxtəlif, o cümlədən məntiqsiz ideyalar gəlir. Məhz bu vəziyyəti hazırda əsas təhlükə olaraq hesab edirəm və bu yalnız Rusiya üçün belə deyil", - nazir bildirib.