Şəmkirdə faciə: hovuzda boğuldu


Digərləri 22 Sen 2019 12:14:00 343 0

Şəmkirdə faciə: hovuzda boğuldu

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Şəmkir rayonunun Yeni Həyat kəndində 1 nəfərin naməlum şəraitdə su hovuzuna düşməsi barədə məlumat daxil olub.

Nazirlikdən Son.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən su hovuzu boşaldılıb və orada aşkarlanan 2005-ci il təvəllüdlü Heydərov Fərid Sakit oğlunun meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.