"Məni heç kim həbs edə bilməz"


Dünya 22 Sen 2019 11:52:00 336 0

"Məni heç kim həbs edə bilməz"

Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko yeni hökumətin, o cümlədən dövlət başçısı Vladimir Zelenskinin onu həbsxanaya sala bilməyəcəyinə əmin olduğunu açıqlayıb.

Son.az axar.az-a istinadən xəbər verir ki, bu barədə "112 Ukrayna" nəşri yazıb.

"Mənim siyasi qüvvəm heç kimdən və heç nədən qorxmur", - Poroşenko bildirib.

Yeni hakimiyyəti "oğlanlar" adlandıran Poroşenko uzun illər ərzində çoxlarının onu həbs etdirmək arzusunda olduğunu, lakin onlarda alınmadığını qeyd edib.