"Toylar bizi məhv edəcək səviyyəyə çatıb.."


Dünya 22 Sen 2019 11:14:00 300 0

"Toylar bizi məhv edəcək səviyyəyə çatıb.."

Qonaqlar 250 nəfərdən çox olmamalı, maksimum iki musiqi qrupu, ən çoxu üç lüks avtomobil - bu, Özbəkistan parlamentinin ifrat xərcləmə və sosial nifaqın qarşısını almaq məqsədilə qəbul etdiyi yeni toy mərasimləri qaydalarıdır.

Son.az "Amerikanın səsi"nə istinadən xəbər verir ki, paytaxtda və ya digər böyük şəhərlərdə yaşayan orta özbək vətəndaş ayda $200-300 dollar arasında maaş alır. Lakin gəlin və kürəkənin ailələri çox vaxt toy mərasiminə $20,000 xərcləyir.

Bu məbləğdə pulların əldə edilməsi isə sonrakı illərdə böyük əziyyətlərə qatlaşaraq qaytarılması lazım gələcək borclara səbəb olur.

"Toylarımız heç bir müharibə olmadan ölkəni məhv edə biləcək səviyyəyə çatıb", - yerli senator İqbal Mirzo ötən cümə günü bildirib və yeni qaydaların gələn ildən qüvvəyə minəcəyini deyib.