"ABŞla qarşıqarşıya gəlmək istəmirik, ancaq"...


Dünya 22 Sen 2019 10:30:06 301 0

"ABŞla qarşıqarşıya gəlmək istəmirik, ancaq"...

ABŞ-la qarşı-qarşıya gəlmək arzumuz yoxdur. Amma ABŞ-ın PKK-nın qolu YPG/PYD terror təşkilatlarına dəstək verməsini görməzlikdən gələ bilmərik. Bunu Trampla bir neçə dəfə müzakirə etdim.

Son.az axar.az-a istinadən bildirir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ səfəri öncəsi keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, yeni terror təşkilatı yaradılıb:

"Hazırda bölgədə İŞİD demək olar ki, yox səviyyəsindədir. İndi də uydurma terror təşkilatı çıxarıldı. Açılış Suriya Demokratik Qüvvələri, yəni, SDQ. PYD/YPG təşkilatından heç bir fərqi yoxdur".

Ərdoğan Suriyanın şimalının 20-30 km dərinliyində terrorçulardan təmizlənməsinin lazım olduğunu da qeyd edib.

Türkiyə lideri BMT Təhlükəsizlik Şurasında Rusiya və Çinin İdlibdə atəşkəslə bağlı məsələyə veto qoyacaqları barədə yayılan xəbərlərə də münasibət bildirib: