Yaponiyanın "Konotori8" gəmisinin kosmosa göndərilməsi yenidən təxirə salınıb


Digərləri 22 Sen 2019 06:30:00 258 0

Yaponiyanın "Konotori8" gəmisinin kosmosa göndərilməsi yenidən təxirə salınıb

On gün əvvəl ağır H-2B raketdaşıyıcısının start meydançasında baş vermiş yanğın səbəbindən təxirə salınan Yaponiyanın "Konotori-8" yük gəmisini Beynəlxalq Kosmik Stansiyaya göndərilməsi yenə də baş tutmayıb. Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu məlumatı "Mitsubishi Heavy Industries" şirkəti yayıb. Qeyd olunub ki, raketin kosmosa buraxılışı sentyabrın 25-də yerli vaxtla saat 01:15-də (Bakı vaxtı ilə sentyabrın 24-də saat 20:05-də) həyata keçiriləcək. Kosmik gəminin fəzaya göndərilməsinin təxirə salınması isə Beynəlxalq Kosmik Stansiyanın və Rusiyanın "Soyuz MS-15" gəmisinin uçuş trayektoriyası ilə əlaqədardır. Yapon mütəxəssisləri belə qənaətə gəliblər ki, raketin bir gün əvvəl buraxılması nəticəsində H-2B onlarla riskli şəkildə yaxınlaşa bilər.

"Konotori-8" gəmisi "Sony" şirkəti ilə birgə hazırlanmış və Yer kürəsi ilə optik telekommunikasiyanı həyata keçirəcək aparatı kosmosa çatdırmalıdır. Bu aparatın sınağının cari ilin sonunadək keçirilməsi nəzərdə tutulub. Bundan başqa, kosmik gəminin göyərtəsində kosmosun tədqiqi üçün iki mikro-peyk və stansiyadakı ekipajın ehtiyacları üçün nəzərdə tutulan yüklər var. Bu seriyadan ilk gəmi ötən ilin noyabrında Beynəlxalq Kosmik Stansiyaya göndərilib.

(adsgarden = window.adsgarden || []).push({});