Bill de Blazio 2020ci il prezident seçkilərində mübarizəni dayandırdığını bildirib


Dünya 22 Sen 2019 04:30:00 352 0

Bill de Blazio 2020ci il prezident seçkilərində mübarizəni dayandırdığını bildirib

Nyu-York meri Bill de Blazio sentyabrın 20-də bildirib ki, o, 2020-ci ildə ABŞ Prezidenti seçkilərində Demokratlar Partiyasından namizədliyini irəli sürmək iddiasında olan siyasətçilərin mübarizəsindən çıxacaq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Bill de Blazio MSNBC telekanalının "Sabahın xeyir, Co" proqramındakı çıxışında deyib: "İnsanların problemlərini dinləməyə qabil olmaq, onlara yeni ideyalarla müraciət etmək mənim üçün orijinal sınaq oldu, eyni zamanda hiss edirəm ki, mən bu ilkin seçkilər üçün əlimdən gələni etdim və hələ buna hazır deyiləm. Ona görə də mən öz seçkiqabağı kampaniyamı başa çatdırmağa hazırlaşıram".

Ötən həftə aparılmış ictimai rəy sorğusu nəticəsində məlum olub ki, üç namizəd - keçmiş vitse-prezident Co Bayden, senator Erni Sanders və senator Elizabet Uorren öz rəqiblərini xeyli qabaqlayır.