Günün qoroskopu: Əlavə işlərlə ifrat dərəcədə məşğul olmayın


Digərləri 22 Sen 2019 00:01:00 408 0

Günün qoroskopu: Əlavə işlərlə ifrat dərəcədə məşğul olmayın

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir 

Qoç - yaxın gələcəklə bağlı planlar qurarkən tələskənliyə yol verməyin. İndinin özündəki vəziyyət tam aydın deyilsə, qərarlar çiy və natamam təsir bağışlaya bilər. Məhsuldarlığın, gördüyünüz işin effektinin azalmaması üçün diqqətli davranın. Problemlərin çoxluğu sizdə bədgümanlıq hissi yaratmamalıdır.

Günün ikinci yarısında şansı əldən verməyin. Sirlərinizi faş etməyin. Yaxşı tanımadığınız insanlarla ünsiyyətdə hədləri müəyyənləşdirin. Dost hesab etdiyiniz insanın əməli sizi təəssüfləndirə bilər.

Axşam saatlarında stressdən qurtulmağın yollarını arayın.

Buğa - günün ilk yarısı problemlər situasiyanın gərginləşməsini vəd edir. Maneələri dəf etmək üçün maksimum səviyyədə çalışmağa hazır olun. Xərcləriniz nəzərdə tutduğunuzdan artıq ola bilər.

Bədxərclik etməyin.

Günün ikinci yarısında hadisələrin nəzərdə tutduğunuz ssenari üzrə inkişaf etməməsi sizi pərişan etməməlidir. Önəm verdiyiniz insanın sevincini paylaşmağı unutmayın.

Hisslərinizi aşkarlamayın, izhar etməyin.

Axşam saatlarında yetərincə istirahət etməlisiniz.

Əkizlər - günün ilk yarısında fəaliyyət tempini qorumaq üçün aktiv çalışın. Ən yaxşı məziyyətlərinizi nümayiş etdirmək üçün bütün vasitələrdən yararlanmağa can atmayın. Qaydaları pozmayın. Məntiqli olun.

Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla münasibətləri sərinləşdirməyin. Emosiyalara qapılmayın. Dəyər verdiyiniz insanların maraqlarını mütləq şəkildə nəzərə alın. Əks təqdirdə axşam saatlarına yaxın, ümümiyyətlə, tək qala bilərsiniz.

Xərçəng - birgə fəaliyyət, fikir mübadiləsi önəmli məsələlərdir. Problemləriniz və çətinliklərinizlə bağlı inandığınız insana, tərəfdaşa xəbər verə bilərsiniz. Mənasız söhbətlərə qatılmayın. İlk baxışda yaranan təəssürat sizi yanıltmasın.

Günün ikinci yarısında müzakirə edilən mövzudan kənarlaşmağın ən yaxşı yolu soyuqqanlı davranışdır. Maraqlarınızı qoruyarkən qətiyyətli olun. Mənafeyinizi başqalarının istəyinə qurban verməyin.

Qeyri-ciddi insanlarla mükalimələrdən effekt gözləməyin.

Axşam saatlarında normal istirahət edin.

Şir - formada olmağa can atın. Planlaşdırılmamış görüşlər, spontan təmaslar istisna deyil. Danışıqlar və müzakirələr nəzərdə tutduğunuz müddətdən artıq çəkə bilər. Yeni işə başlamazdan əvvəl maliyyə resurslarınız və imkanlarınızın gərəkli səviyyədə olduğunu yoxlayın.

Günün ikinci yarısında ehtiyatlı, sayıq olun. Düşünülməmiş addımlar atmayın. Yaxın ətrafınızdakı insanları vədlərinə və şirnikləndirici təkliflərinə çox aldanmayın.

Sizi aldatmağa, tələyə salmağa can atanlar var.

Axşam saatlarında gəzintiyə çıxın.

Qız - avantüralara aldanmayın, riskli işlərə başlamayın. Tərəfdaş və şəriklərlərlə yeni laiyhələrə başlamaq olar. Emosiyaların təsiri altına düşərək düşünülməmiş addımlar atmayın.

Soyuqqanlı və məntiqli davranın.

(adsgarden = window.adsgarden || []).push({});