Qeybət edənin orucnamazı 40 gün qəbul olunmaz


Digərləri 21 Sen 2019 23:55:00 414 0

Qeybət edənin orucnamazı 40 gün qəbul olunmaz

Nəql edilir ki, bir gün Peyğəmbərimiz (s) buyurdu: "Ey o dəstə ki, ziyana iman gətirmisiniz və ürəyinizdə iman yoxdur. Müsəlmanların qeybətini etməyin və onların eyblərini kəşf etməyin. Çünki o kəs ki, din qardaşının eybini kəşf etmək ardınca olar, Allah da onun eyblərinin kəşf edilməsi ardınca olar. O yerə qədər ki, evinin içində onu rüsvay edər".

Həzrət Peyğəmbərdən (s) gələn başqa bir hədisdə isə oxuyuruq: "Ən pis sələm - müsəlmanın abırını aparmaqdır".

Son.az deyerler.org-a istinadən bildirir ki, İmam Sadiqdən (ə) gələn hədisdə oxuyuruq ki, buyurub: "Qeybət hər bir müsəlmana haramdır. Həsənələri aradan aparar. Necə ki, atəş odunu yandırar və məhv edər".

Qeybət haqqun-nas olduğu üçün qeybət edənin əməl dəftərinə yazılmış həsənələrini məhv edər və onları qeybət etdiyi şəxsin əməl dəftərinə ötürər.

Qüdsi hədislərdən birində oxuyuruq ki, Allah Təala Həzrət Musaya (ə) xutab edir: "O kəs ki, qeybət etdiyi üçün tövbə edərək ölər, behiştə daxil olan sonuncu insan olar. O kəs ki, tövbə etmədən ölərsə, cəhənnəmə daxil olan ilk kəs olar".

Həzrət Peyğəmbər (s) buyurur: "O kəs ki, din qardaşının qeybət və eyblərini kəşf etmək yolunda addım atarsa, ilk atdığı addımı cəhənnəmə qoyar".

Həzrət (s) başqa yerdə buyurur: "Heç bir məclis qeybətlə abad olmaz, dinin nəzərində viran olar".

(adsgarden = window.adsgarden || []).push({});