Bakıda keçirilən bədii gimnastika üzrə dünya çempionatından ən maraqlı anlar (FOTO)


Digərləri 21 Sen 2019 23:32:53 385 0

Bakıda keçirilən bədii gimnastika üzrə dünya çempionatından ən maraqlı anlar (FOTO)

Müxtəlif ölkələrdən çoxsaylı tamaşaçı böyük maraq və həyəcanla Bakıda keçirilən bədii gimnastika üzrə 37-ci dünya çempionatının yarışlarını izləyir

Bakı. Cani Babayeva - Müxtəlif ölkələrdən çoxsaylı tamaşaçı böyük maraq və həyəcanla Bakıda keçirilən bədii gimnastika üzrə 37-ci dünya çempionatının yarışlarını izləyir. Trend-in məlumatına görə, gimnastlar parlaq və zərif çıxış edirlər. Dünyanın müxtəlif ölkələrindən Bakıya gələn tamaşaçılar gimnastların proqramlarını tribunadan həyəcanla izləyirlər. Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatı sentyabrın 16-da başlayıb və sentyabrın 22-dək davam edəcək. 61 ölkədən 300-dən artıq gimnast, çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.