“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 88-ci kitabı çapdan çıxıb


Digərləri 21 Sen 2019 23:20:54 200 0

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 88-ci kitabı çapdan çıxıb

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 88-ci kitabı çapdan çıxıb

Bakı. “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 88-ci kitabı çapdan çıxıb. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin 88-ci kitabındakı materiallar 2018-ci ilin iyunundan avqust ayınadək olan dövrü əhatə edir. Həmin dövrdə Azərbaycanın uğurla təmsil olunduğu tədbirlərdən biri Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısı olub. Prezident İlham Əliyev Zirvə toplantısında çıxış edərkən Azərbaycanın Xəzəryanı ölkələrlə dostluq və mehriban qonşuluq münasibətlərinin uğurla inkişaf etdiyini bildirib. Dövlətimizin başçısı vurğulayıb ki, ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələri Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amilidir. Prezidentin Zirvə toplantısında dərin məzmunlu çıxışının mətni 88-ci kitaba daxil edilib. Kitabda Prezident İlham Əliyevin NATO-nun Zirvə toplantısında iştirak etmək üçün Brüsselə səfəri çərçivəsində keçirdiyi görüşləri barədə informasiyalar, NATO-nun Əfqanıstanda qətiyyətli dəstək missiyası üzrə Şimali Atlantika Şurasının görüşündə çıxışının mətni, Fransa və Qazaxıstana səfərlərindən bəhs edən materiallar yer alıb. Oxucu nəşrdə dövlətimizin başçısının Azərbaycana səfərə gəlmiş Türkiyə, İtaliya, Tacikistan prezidentləri, Almaniyanın Federal Kansleri ilə apardığı danışıqlar, mətbuata bəyanatların mətnləri, ölkələr arasında saziş və müqavilələrin imzalanmasına dair materiallarla da tanış ola bilər. Azərbaycan Prezidentinin bütün görüş və danışıqlarında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli yolları prioritet məsələ olaraq qaldırılır ki, bu da hər cilddə öz əksini tapır. Çoxcildliyin 88-ci kitabında ölkə rəhbərinin Azərbaycan polisinin yaranmasının 100 illik yubileyi münasibətilə Azərbaycan Respublikası polis orqanlarının şəxsi heyətinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 illik yubileyi münasibətilə Konstitusiya Məhkəməsinin kollektivinə təbrik məktubları və digər məktublar yer alıb. Bu nəşrdə Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında nitqlərinin mətnləri, Şamaxı, İsmayıllı rayonlarına səfərlərinə dair materiallar da toplanıb. Kitabda “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri verilib. “Azərnəşr” tərəfindən buraxılan 88-ci kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Həyatı dəyişmək üçün nə etmək lazımdır? like
  • 21 Sen 23:20  
Digərləri Həyatı dəyişmək üçün nə etmək lazımdır?

İnsanların əksər hissəsi həyatda eniş və yoxuşlarla rastlaşırlar. Bə

arrow Ətraflı
Şəhadət meydanında qılınan namaz like
  • 21 Sen 23:15  
Digərləri Şəhadət meydanında qılınan namaz

Kərbəla çölündə gərgin döyüş bir neçə saat idi ki, davam edirdi. İm

arrow Ətraflı
Niyə İmam Hüseyn (ə) kufəlilərin dəvətini qəbul edir? like
  • 21 Sen 23:10  
Digərləri Niyə İmam Hüseyn (ə) kufəlilərin dəvətini qəbul edir?

Hədislərdə oxuyuruq ki, İmam Hüseyn (ə) Abdullah ibni Zubeyrə belə buyur

arrow Ətraflı
Denervasiya sindromu like
  • 21 Sen 23:05  
Digərləri Denervasiya sindromu

Orqan və toxumaların sinirdən məhrum edilməsi ilə əlaqədar olan dəyişi

arrow Ətraflı
Elektron siqaretin zərərləri – Türk professor like
  • 21 Sen 23:03  
Digərləri Elektron siqaretin zərərləri – Türk professor

Son illər dəbə minən, zərərinin az olduğu iddia edilən elektron siqaret

arrow Ətraflı
İran, Çin və Rusiya birgə hərbi təlimlər keçirəcək like
  • 21 Sen 22:57  
Dünya İran, Çin və Rusiya birgə hərbi təlimlər keçirəcək

İran, Çin və Rusiya yaxın gələcəkdə Oman dənizində və Hind okeanını

arrow Ətraflı
Hər axşam “Vaqiə” surəsini oxuyan yoxsulluq görməz like
  • 21 Sen 22:55  
Digərləri Hər axşam “Vaqiə” surəsini oxuyan yoxsulluq görməz

Qiyamətə aid Quranda çox sayda surələr nazil olmuşdur ki, onlardan biri d

arrow Ətraflı
Allahın ən sevimli bəndəsi... like
  • 21 Sen 22:50  
Digərləri Allahın ən sevimli bəndəsi...

İnsan ictimai bir varlıq olduğu üçün, başqaları ilə ünsiyyət qurmağa

arrow Ətraflı
Aşura məktəbində namaz dərsi like
  • 21 Sen 22:45  
Digərləri Aşura məktəbində namaz dərsi

Ustad Qiraəti İmam Hüseynin (ə) qiyamına işarə edən zaman, namaza verdiy

arrow Ətraflı
Bütün il nə üçün çalışdığımızı bilirdik- qrup hərəkətlərində Azərbaycan komandası like
  • 21 Sen 22:43  
Digərləri Bütün il nə üçün çalışdığımızı bilirdik- qrup hərəkətlərində Azərbaycan komandası

Dünya çempionatında çıxış etmək çox həyəcanlı və məsuliyyətli idi

arrow Ətraflı
Can verən insan nə düşünür? like
  • 21 Sen 22:40  
Digərləri Can verən insan nə düşünür?

Əmirəl-möminin (ə) buyurur: "Can verməyin çətinliyi və dünyanı ə

arrow Ətraflı
İntim əlaqənin dəhşətli adətləri like
  • 21 Sen 22:35  
Digərləri İntim əlaqənin dəhşətli adətləri

Bir çox əməllər vardır ki, onlar əksər ölkələrdə cinayət sayılır.

arrow Ətraflı
Antalyada rusiyalı turistləri daşıyan avtobus aşıb like
  • 21 Sen 22:29  
Dünya Antalyada rusiyalı turistləri daşıyan avtobus aşıb

Türkiyənin Antalya şəhərində rusiyalı turistləri daşıyan avtobus aşı

arrow Ətraflı
Patoloji reflekslər like
  • 21 Sen 22:25  
Digərləri Patoloji reflekslər

Patoloji reflekslər sinir sisteminin zədələnməsi zamanı meydana çıxır v

arrow Ətraflı
İmam Hüseynin ən üstün 4 xüsusiyyəti like
  • 21 Sen 22:20  
Digərləri İmam Hüseynin ən üstün 4 xüsusiyyəti

İmam Hüseynin (ə) bir Məsum İmam (ə) kimi çox sayda üstün sifətləri v

arrow Ətraflı